
Bakı.Trend:
2025-ci il ərzində respublika ərazisində 19704 texnogen mənşəli
hadisə qeydə alınıb ki, bu da 2024-cü il ilə müqayisədə 5083 hadisə
və ya 35% çoxdur.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Təbii və texnogen
mənşəli hadisələrə dair statistik məlumatında qeyd edilib.
Məlumata əsasən, ötən il baş vermiş təbii və texnogen mənşəli
hadisələr nəticəsində 78 nəfər həlak olub.

