
Bakı.Trend:
2025-ci il ərzində respublika ərazisində 54 partlayış hadisəsi
baş verib ki, bu da 2024-cü il ilə müqayisədə 13 hadisə və ya 19%
azdır. Partlayışlar zamanı 14 nəfər həlak olmuş, 77 nəfər xəsarət
almış və 13 nəfər xilas edilib.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Təbii və texnogen
mənşəli hadisələrə dair statistik məlumatında qeyd edilib.
2025-ci il ərzində respublika ərazisində baş vermiş yanğın
hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1522 olub.
Yanğın hadisələri zamanı 60 nəfər həlak olub, 199 nəfər xəsarət
alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 20
nəfər və ya 50% çox, xəsarət alanlar üzrə 11 nəfər və ya 5%
azdır.

