Xaricdən onlayn alış-veriş edənlərə xəbərdarlıq: gecikmə ola bilər

Baş səhifə

Bakı.Trend:

Novruz və Ramazan bayramları ilə əlaqədar 20–30 mart tarixlərini
əhatə edən qeyri-iş günləri dövründə beynəlxalq poçt
göndərişlərinin emalı və çatdırılması proseslərində müvəqqəti
gecikmələr müşahidə oluna bilər.

Trend xəbər
verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyinin (İKTA) sürətli poçt rabitəsi xidmətlərindən istifadə
edən vətəndaşlara müraciətində deyilir.




Məlumatda qeyd edilir ki, sifarişlər planlaşdırılarkən qeyd
olunan dövr nəzərə alınsın və mümkün gecikmələrə hazır olunsun.

İKTA eyni zamanda qeyd edir ki, poçt rabitəsi xidmətləri ilə
bağlı qarşılaşdıqları çətinliklər barədə vətəndaşlar bayram
günlərində də Agentliyin “E-Şikayət” sistemi vasitəsilə müraciət
edə bilərlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir