Bu iki nazirlik və icra hakimiyyətlərinə məxsus maşınlar satışa çıxarılacaq

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda iki nazirlik və icra hakimiyyətlərinə məxsus
maşınlar satışa çıxarılacaq.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX)
məlumat verilib.

Bildirilib ki, hərrac mayin 5-i saat 10:00-da keçiriləcək.




Belə ki, hərracda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Müdafiə Nazirliyinin, eləcə də “Aqrarkredit” Qapalı Səhmdar
Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikasının
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi “Respublika Sanitariya-Karantin Mərkəzi” PHŞ-a
məxsus bir neçə nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün
qeydiyyatı saat 09:45-dək aparılır.

Həmin nəqliyyat vasitələrinin ümumi siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir