
Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 233,6 min ton
avtomobil benzini istehsal olunub.
Trend xəbər verir
ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 23,5 min ton və ya 9,1 faiz azalıb.
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 257,1 min ton
avtomobil benzini istehsal olunmuşdu.
Cari ilin mart ayının 1-ə olan göstəriciyə əsasən, ölkədə hazır
məhsul ehtiyatı 70,8 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda
neft məhsulları istehsalı sahəsində ümumi istehsal həcmi 824,5
milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları
ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb,
qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun
istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə
70,4% azalıb.

