
Bakı. Trend:
Yerə son ayların ən güclü maqnit qasırğası yaxınlaşır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş astronomiyası
laboratoriyasının mətbuat xidməti “Telegram” kanalında məlumat
yayıb.
Qasırğa gecəyə yaxın saatlarda başlayacaq və yanvar ayının
ortalarından bəri ən güclü olacaq.
Gücünə görə 19-21 yanvar tarixlərində geomaqnit dalğalanmaları
G4 sinfinə çatmışdı. Alimlərin hesablamalarına görə, bu dəfə maqnit
fırtınası altı gün – martın 24-dək davam edəcək.
Geomaqnit pozuntular ən güclü şəkildə ayın 19–21-də müşahidə
olunacaq , məhz bu günlərə iki ən böyük plazma sıçrayışı təsadüf
edəcək.

