Almaniyada hərbi xidmət keçmək istəyənlərin sayı artıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada yeni hərbi xidmət modelinin tətbiqindən sonra Silahlı
Qüvvələrdə (Bundesver) xidmət keçmək istəyənlərin sayı artır.
Fevralın sonunadək 16,1 min nəfər hərbi xidmət keçmək üçün müraciət
edib ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur. Bu tendensiya
xidmətə yeni qəbul olunan hərbçilərin statistikasında da özünü
göstərib. Belə ki, fevralda 5300-dən çox şəxs xidmətə qəbul olunub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Trend xəbər verir ki, bu
barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Məlumatda qeyd edilib ki, xüsusilə yeni hərbi xidmət proqramı
çərçivəsində sıravi əsgərlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Hazırda Bundesverdə təxminən 13 400 nəfər könüllü qısamüddətli
hərbi qulluqçu (6–11 ay) və qısamüddətli müqaviləli hərbçi (12-23
ay) kimi xidmət edir. Bu göstərici də ötən illə müqayisədə 15 faiz
çoxdur.




Almaniyada ilin əvvəlindən qüvvəyə minmiş yeni hərbi xidmət
qanununa əsasən 18 yaşlı bütün gənclərə hərbi xidmət barədə məktub
göndərilir və onlardan könüllü şəkildə xidmətə yazılmaları xahiş
olunur.

Hazırda Bundesverin aktiv şəxsi heyətinin sayı 186 200
nəfərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir