İsmayıllıda yol-nəqliyyat hadisəsi oldu, ölən var

Baş səhifə

Bakı. Trend:

İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi ölümlə
nəticələnib.

Trend xəbər verir ki, hadisə
gecə saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun
İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.




Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində
sürücü, 35 yaşlı Ayaz Mirzəyev aldığı ağır xəsarətlərdən hadisə
yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan
bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, hadisənin
başvermə səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir