
Bakı. Trend:
Ramazan ayının başa çatması ilə əlaqədar Təzəpir məscidində
bayram namazı qılınıb.
Trend xəbər verir ki, namaz
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadənin imamətliyi ilə qılınıb.
Qeyd edək ki, bu gün Əjdərbəy məscidində isə bayram namazı saat
08:00-da qılınıb.
Minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib,
Allahdan bağışlanma diləyiblər.
Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik
ediblər.

