
Bakı. Trend:
ABŞ Yaxın Şərqə minlərlə hərbçinin göndərilməsini sürətləndirir.
Bunu barədə xarici KİV məlumat yayıb.
Yaxın günlərdə Kaliforniya ştatının San-Dieqo şəhərindən Yaxın
Şərqə ən azı 2 200 dəniz piyadası yola düşəcək. Bu, ilkin
planlaşdırılandan daha tez baş verir. Gözlənilir ki, dəniz
piyadaları ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Boxer” desant
gəmisinə yerləşdiriləcək, onu isə daha bir və ya iki gəmi müşayiət
edəcək. Bundan belə nəticə çıxır ki, Yaxın Şərqə ehtimal ki, daha
bir neçə min dənizçi də gələcək.
Bundan əvvəl Reuters agentliyi məlumat vermişdi ki, Vaşinqton
administrasiyası Yaxın Şərqə əlavə olaraq minlərlə amerikalı
hərbçinin göndərilməsini, o cümlədən İrana qarşı əməliyyatda
iştirak üçün nəzərdən keçirir.

