
Ağdam. Trend:
Ağdam Cümə Məscidində bayram namazı qılınıb.
Trend-in Qarabağ bürosu xəbər
verir ki, uzun illər işğal dövründə ciddi zərər görmüş məsciddə bu
cür dini mərasimlərin yenidən keçirilməsi bölgədə həyatın
bərpasının mühüm göstəricisi kimi qiymətləndirilir.
Bayram namazında iştirak edənlər birlik, həmrəylik və sülh
duaları ediblər. İbadət zamanı ölkənin ərazi bütövlüyü uğrunda
canından keçən şəhidlərin ruhu yad olunub, qazilərə şəfa
dilənib.
Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı zərər görən Ağdam
şəhərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri
çərçivəsində məscid də əsaslı şəkildə təmir olunub. Hazırda dini
abidə əvvəlki görkəminə qaytarılaraq ibadətə açıqdır.
Mütəxəssislər bildirirlər ki, bu kimi hadisələr təkcə dini
deyil, həm də sosial və mədəni dirçəliş baxımından böyük əhəmiyyət
daşıyır.

