
Bakı. Trend:
Xətaidə kanalizasiya kollektorunun çökməsi nəticəsində evləri su
basıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Xətai rayonu Zeytun
küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi
evlərin zirzəmilərinin və həyətyanı sahələrinin subasmaya məruz
qalması barədə məlumat daxil olub.
Qeyd olunub ki, su basmış yerlərdən suyun çəkilərək
kənarlaşdırılması məqsədilə dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda subasmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və
digər təhlükəsizlik tədbirləri görülür.

