Yanvarda Gürcüstan Azərbaycandan 33,4 milyon dollarlıq təbii qaz alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 33,446 milyon ABŞ
dolları dəyərində 290,1 milyon kubmetr təbii qaz (qaz halında)
ixrac edilib.

Trend bu
barədə Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici
məbləğ ifadəsində 3,6 milyon dollar və ya 9,8%, həcminə görə isə
6,2 milyon kubmetr və ya 2,1% azalıb.




Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycandan xaricə
ümumilikdə 687,5 milyon ABŞ dolları dəyərində 2,292 milyard kubmetr
təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə dəyər ifadəsində 182,6 milyon ABŞ dolları və ya 21%,
həcm baxımından isə 46,9 milyon kubmetr və ya 2% azdır.

Eyni zamanda bu ilin yanvar ayında cəmisi bir ölkədən – İran
İslam Respublikasından Azərbaycana 2,9 milyon ABŞ dolları dəyərində
43,5 milyon kubmetr təbii qaz idxal edilib. Ötən ilin eyni dövründə
isə yalnız Türkmənistandan Azərbaycana 6,4 milyon ABŞ dolları
dəyərində 42,6 milyon kubmetr təbii qaz idxalı qeydə alınıb.
Beləliklə, illik müqayisədə Azərbaycana təbii qaz idxalı dəyər
ifadəsində 3,5 milyon ABŞ dolları və yaxud 2,2 dəfə azalıb, həcm
baxımından isə 894 min kubmetr və ya 2,1% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir