Rusiya Azərbaycandan elektrik enerjisi alışını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Rusiyaya 10,4 milyon
kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 558 min ABŞ
dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin yanvar ayındakı
göstərici ilə müqayisədə həcm ifadəsində 1,2 milyon kVt/saat və ya
12,8%, dəyər ifadəsi ilə isə 204 min ABŞ dolları, yaxud 1,6 dəfə
artıb.

Eyni zamanda, 2026-cı ilin yanvar ayında Rusiyadan Azərbaycana
307 min ABŞ dolları dəyərində, 7,8 milyon kVt/saat həcmində
elektrik enerjisi ixrac edilib.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 98 min ABŞ dolları və ya 46,9% çox, həcm ifadəsində isə
101 min kVt/saat və ya 1,3% azdır.

2026-cı ilin yanvar ayında Azərbaycandan ümumilikdə iki ölkəyə –
Rusiya və İran İslam respublikasına 640 min ABŞ dolları dəyərində
13,3 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Ötən ilin eyni
dövrü ilə müqayisədə Azərbaycandan elektrik enerjisi ixracı dəyər
ifadəsində 7,1 milyon ABŞ dolları və ya 12,1 dəfə, həcm baxımından
isə 127,6 milyon kVt/saat və yaxud 10,6 dəfə azdır. İllik
müqayisədə həcmin bu qədər azalması hesabat ayı ərzində Gürcüstana
elektrik enerjisi ixracının qeydə alınmaması ilə bağlıdır. Belə ki,
ötən ilin yanvar ayında Azərbaycandan Gürcüstana 7,3 milyon ABŞ
dolları dəyərində 128,7 milyon kVt/saat elektrik enerjisi ixrac
edilmişdi.

Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan iki ölkədən –
Rusiya və Gürcüstandan 309 min ABŞ dolları dəyərində 7,8 milyon
kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni ayındakı
göstərici ilə müqayisədə dəyər baxımından 19 min ABŞ dolları və ya
6,5% çox, həcm ifadəsində isə 2,9 milyon kVt/saat və ya 27,1%
azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir