
Bakı. Trend:
Xalq Bank Novruz bayramı münasibətilə təqdim etdiyi kampaniya
ilə premium kartları endirimli şərtlərlə əldə etmək imkanı yaradır.
Belə ki, müştərilər 20 mart-31 mart tarixlərdə Xalq Bankın
Mastercard Black Edition və Visa
Infinite ödəniş kartlarını birdəfəlik xidmət haqqına və ya
ilkin mədaxilə 50% endirimlə əldə edə bilərlər.
Premium seqmentə aid bu kartlar dünyanın istənilən nöqtəsində
səyahət və həyat tərzi üzrə geniş imtiyazlar, sığorta paketləri,
konsyerj xidmətləri və digər eksklüziv üstünlüklər təqdim edir.
İmtiyazlar sırasına hava limanına transfer, biznes zallara ziyarət,
sürətli keçid kimi xidmətlər də aiddir.
Endirimdən yararlanmaq üçün müştərilər MC Black Edition və Visa
Infinite kartlarını https://cardorder.xalqbank.az/?card=9
keçid edərək onlayn sifariş edə bilərlər. Bakı ərazisində pulsuz
çatdırılma xidməti aktivdir.
Xalq Bank xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə
təbrik edir, əmin-amanlıq, ruzi-bərəkət və firavanlıq
arzulayır!

