Azərbaycanda 2026/27 mövsümündə istifadə olunacaq toplar müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında
keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.

Trend xəbər verir ki,
qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər
liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin
istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.




“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir
futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və
bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu
yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə
“Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək
keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə
ediləcək.

I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe”
toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının
ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir