
Bakı. Trend:
Rusiyada A-370 federal yolunun Ussuri şəhər dairəsi ərazisindən
keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Zəncirvarı
qəzada 25 avtomobil toqquşub.
Trend xəbər
verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Rusiya FHN-nin Primorye diyarı üzrə Baş İdarəsinin mətbuat
xidmətinin məlumatına görə, bir nəfər xəsarət alıb, ölən
yoxdur.
Hadisə yerində FHN xilasetmə əməkiyyatçıları çalışır.
Qəza iştirakçılarına yardım göstərmək və onları isitmək üçün
mobil məntəqə qurulub.

