Piton ilanların molekulu piylənmə dərmanı ola bilər – Araşdırma

Baş səhifə

Bakı. Trend:

Alimlər pitonların nadir metabolik xüsusiyyətlərini araşdırarkən
piylənmə müalicəsində istifadə oluna biləcək yeni molekul aşkar
ediblər.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, yeməkdən sonra pitonların qanında sürətlə artan
bu maddə laboratoriya siçanlarında iştahanı azaldaraq çəki itkisinə
səbəb olub.




Tədqiqat zamanı müəyyən edilib ki, pTOS adlı molekul verilən
piylənmiş siçanlar daha az qidalanıb və 28 gün ərzində bədən
çəkilərinin təxminən 9%-ni itiriblər. Alimlərin fikrincə, bu təsir
hazırda istifadə olunan Wegovy kimi dərmanlara alternativ ola
bilər.

Araşdırma Stanford Universiteti alimləri tərəfindən aparılıb.
Tədqiqatın həmmüəllifi Jonathan Long bildirib ki, heyvanların
öyrənilməsi insan metabolizmasına təsir edən yeni mexanizmlərin
aşkarlanmasına kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, pTOS digər dərmanlardan fərqli
olaraq birbaşa beynin iştahanı tənzimləyən hissəsi – hipotalamusa
təsir edir. Bu isə daha az yan təsirlə yeni müalicə üsullarının
hazırlanmasına imkan yarada bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir