
Bakı. Trend:
Azərbaycana yaz fəsli qədəm qoyub.
Trend-in
məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika
kafedrasından bildirilib.
Məlumata əsasən, yaz fəsli Azərbaycana martın 20-si saat
18:45-də daxil olub.
Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub,
qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək,
Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal
yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli
başlayır.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə
olacaq.

