
Bakı. Trend:
Misli Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Trend-in
məlumatına görə, “Neftçi” öz meydanında “İmişli”ni sınağa çəkib.
Qarşılaşma “ağ-qaralar”ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra paytaxt təmsilçisi 37 xalla 6-cı, İmişlinin
eyniadlı klubu isə 22 xalla 9-cudur.
Qeyd edək ki, XXV turun əvvəlki matçlarında “Araz-Naxçıvan”
səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan Yevlax”ı 1:0, “Sabah” evdə
“Sumqayıt”ı 3:1, “Kəpəz” isə Yevlaxda “Qarabağ”ı 1:0 hesabı ilə
məğlub edib. Tura martın 21-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ”
görüşü ilə yekun vurulacaq.

