
Bakı. Trend:
Bu gün Beynəlxalq Novruz Günü kimi qeyd olunur.
Trend xəbər verir
ki, BMT Baş Assambleyasının 2010-cu ildə baş tutan 64-cü
sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bundan əvvəl 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi
Mədəni İrs Siyahısına daxil edilib.
“Yeni gün” mənası verən Novruz dünyada 300 milyondan artıq adam
tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram 3 min ildir ki, Qafqazda, Balkan, Qara dəniz hövzəsi,
Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

