Putin İrana “çətin sınaqları aşmağı” arzulayıb

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İran rəhbərliyini Novruz
bayramı münasibətilə təbrik edib.

Trend-in
məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.




Qeyd olunur ki, Putin təbrik məktubunda İran İslam
Respublikasının Ali Rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xamenei
və Prezident Məsud Pezeşkiana müraciət edib.

Rusiya lideri İran xalqına “çətin sınaqları ləyaqətlə dəf
etməyi” arzulayıb. O, həmçinin vurğulayıb ki, Moskva bu çətin
dövrdə Tehran üçün etibarlı dost və tərəfdaş olaraq qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir