Şahdağa qar yağıb

Baş səhifə

Bakı. Trend:

Martın 21-i saat 11:00-olan faktiki hava açıqlanıb.

Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, martın 21-i
saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində
arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar
yağıb.




Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5,
Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan
və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı,
Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan,
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan,
Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik,
Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa,
eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal
sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək
güclənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir