
Bakı. Trend:
Ermənistan Baş naziri Nikol Paşinyan İranın Ali Rəhbəri
ayətullah Müctəba Xamenei və Prezident Məsud Pezeşkianı Novruz
bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir
ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat
yayıb.
Paşinyan təbrik məktubunda qeyd edib: “Əminəm ki, qarşıdakı ildə
iki dost ölkə arasındakı münasibətlər səmimiyyət, etimad və
qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməyə davam
edəcək”.
Baş nazir həmçinin İrana sülh, sabitlik və rifah arzulayıb.

