Türk Dövlətləri Təşkilatının növbəti sammiti Türküstanda keçiriləcək – Tokayev

Baş səhifə

Astana. Trend:

May ayının ortalarında Türküstanda Türk Dövlətləri Təşkilatının
(TDT) sammiti keçiriləcək.

Trend-in
Akordaya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev, Türküstan vilayətində ictimaiyyət
qarşısında çıxış edərkən bildirib.




“Mayın ortalarında Türküstandanda Türk Dövlətləri Təşkilatı
liderlərinin yüksək səviyyəli görüşü planlaşdırılıb. Dünyada mövcud
olan qeyri-sabit şəraitdə bu beynəlxalq tədbir xüsusilə əhəmiyyət
kəsb edir. Hökumət və aymat bu sammitin keyfiyyətli
təşkilatçılığına xüsusi diqqət yetirməlidir”, – deyə Tokayev
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir