
Bakı. Trend:
Bütün ermənilərin Katolikosu II Qaregin Gürcüstanın
Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək
məqsədilə Tbilisiyə getmək üçün icazə ala bilməyib.
Trend xəbər
verir ki, bu barədə vəkil Ara Zohrabyan sosial şəbəkədə paylaşım
edib.
Katolikosun dəftərxanası Gürcü Patriarxlığından martın 22-nə
təyin edilmiş matəm mərasimi və liturgiyada iştirak üçün rəsmi
dəvət alıb. Vəkil qonşu ölkədəki matəm mühitini nəzərə alaraq II
Qareginin mərasimdə iştirakı üçün müvəqqəti xaricə çıxış icazəsi
ilə bağlı müraciət edib, lakin bu müraciət rədd edilib.
Daha əvvəl, martın 19-da Ermənistan Baş naziri Nikol Paşinyan II
Qareginin gürcü patriarxının dəfnində iştirakı məsələsinin gündəmdə
olmadığını bildirib.
Xatırladaq ki, fevral ayında Katolikosa qarşı cinayət işi
başlanılıb. Həmin iş əsasında ona ölkədən çıxış qadağası tətbiq
edilib.

