
Bakı. Trend:
Müharibə başlayandan indiyədək ABŞ qüvvələri İranda 8 mindən çox
hərbi hədəfə zərbə endirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının
rəhbəri, admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, 130-a yaxın İran hərbi gəmisinin məhv
edilməsi, “İkinci Dünya müharibəsindən bəri 3 həftə ərzində
donanmanın ən böyük sıradan çıxarılması” hesab olunur.
Admiral qeyd edib ki, ABŞ-nin hücumlarının intensivləşməsi
fonunda İranın döyüş qabiliyyəti davamlı şəkildə zəifləyir. O,
həmçinin minlərlə raket və dronunun zərərsizləşdirildiyini
vurğulayıb.
Kuper əlavə edib ki, hazırda İranın hərbi dəniz qüvvələri
fəaliyyət göstərmir, taktiki aviasiya uçuşları həyata keçirmir və
ölkə münaqişənin əvvəlindəki kimi yüksək tempdə raket və dron
hücumları etmək imkanını itirib.

