
Bakı. Trend:
Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 5 avtomat silahı tapıb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, axtarışlar nəticəsində həmçinin 9 tüfəng, 1
patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edilib
götürülüb.
Qeyd edilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

