Malayziyada Novruz bayramı qeyd olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Malayziyadakı səfirliyində Novruz bayramı
münasibətilə tədbir təşkil olunub.

Səfirlikdən Trend-ə bildiriblər ki, bu ölkədə yaşayan və təhsil
alan azərbaycanlıların iştirak etdikləri tədbirdə səfir İrfan
Davudov Novruz bayramının baharın gəlişini və yenilənməni təcəssüm
etdirdiyini vurğulayıb, bu baxımdan Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma və bərpa
işlərinin həmin bölgəyə dirçəliş və yeni həyat gətirməsinə diqqət
çəkib.

Səfir bölgəyə sülhün gətirilməsində Ulu Öndər Heydər Əliyevin
uzaqgörən siyasətinin, eləcə də onun reallaşmasında Prezident İlham
Əliyevin siyasi iradəsi və rəhbərliyinin rolunu vurğulayıb.
Bildirib ki, Azərbaycan regionda və dünyada dayanıqlı sülh və
inkişaf proseslərinə töhfə vermək siyasətini davam etdirmək
əzmindədir.




Qeyd olunub ki, regionda mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmiz
Novruz bayramını təhlükəsizlik və sabitlik şəraitində qeyd
edir.

Bayram proqramı çərçivəsində Novruzun ənənəvi atributları olan
səməni, şamlar və milli dekor elementləri nümayiş etdirilib,
qonaqlara milli mətbəximizin nümunələri, Novruz şirniyyatları və
çay süfrəsi təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir