
Bakı. Trend:
Qətərin “Qatar Airways” milli aviaşirkəti bölgədəki mövcud
vəziyyətlə əlaqədar olaraq, bəzi təyyarələrini müvəqqəti olaraq
Doha xaricindəki hava limanlarına köçürür.
Trend-in
məlumatına görə, bu barədə “Doha News” xəbər portalı bildirib.
Aviaşirkətin mətbuat xidməti qeyd edib ki, uçuş fəaliyyəti
normal səviyyəyə qayıtdıqdan sonra təyyarələr uçuşlara xidmət
göstərməyə qayıdacaqlar.
“Qatar Airways” şirkəti “mövcud əməliyyat mühitinin dinamik
vəziyyətini” əsas gətirərək, xaricdə park edilmiş təyyarələrin
dəqiq sayını açıqlamaqdan imtina etdi.
“Flightradar” servisinin məlumatına əsasən, son bir neçə gündə
təxminən 20 Qatar Airways təyyarəsi İspaniyanın Teruel hava
limanına yönləndirilib. Teruel hava limanı Avropanın ən böyük
təyyarə təmiri və uzunmüddətli saxlama mərkəzlərindən biridir.

