Livan İsrail ilə danışıqlar üçün nümayəndə heyəti qurur

Baş səhifə

“Livan hökuməti münaqişənin həlli üçün İsraillə ikitərəfli danışıqlara başlamaq məqsədilə sülh təşəbbüsünə sadiqdir”.

APA xəbər verir ki, bunu “Al-Hadath” televiziyasına müsahibəsi zamanı Baş nazir Nəvaf Salam bildirib.

“Biz İsrail dövləti ilə danışıqlara qoyulan əvvəlki qadağanı aradan qaldırdıq və hazırda İsrail tərəfi ilə dialoq aparacaq milli nümayəndə heyətinin formalaşdırılması üzərində işləyirik”, – o deyib.

Hökumət başçısı qarşıdan gələn görüşlərin gündəliyinin müzakirə olunduğunu əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir