
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında
ticarət əməliyyatlarının həcmi 176,6 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 28 milyon ABŞ dolları və ya 18,9% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 2,82%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə
qərarlaşıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 158,3
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən 21,6%
çoxdur. Bununla da hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox
məhsul ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Dövr ərzində Azərbaycandan Gürcüstana ixrac əməliyyatlarının
77,2 milyon dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib.
Azərbaycanın qeyri-neft məhsullarının ümumi ixracında Gürcüstan
13,29% payla 3-cü yerdə qərarlaşıb. Gürcüstana qeyri-neft
məhsullarının ixracı ötən ilin ilk iki ayındakı göstərici ilə
müqayisədə 24,2 milyon ABŞ dolları və ya 45,8% artıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 18,3 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 58 min ABŞ dolları və ya 0,3% azalma
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,640 milyard dollar və
ya 29,6% azdır.
Xarici ticarət dövriyyəsinin 3,665 milyard ABŞ dolları ixracın,
2,599 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,101 milyard dollar və ya 23,1%, idxal isə 1,539 milyard
dollar və ya 1,6 dəfə azalıb.
Yekunda xarici ticarətdə 1,066 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 438 milyon dollar və ya 1,7 dəfə
çoxdur.

