Yaponiya Hörmüzlə bağlı ABŞ-yə heç bir vəd verməyib – Baş katib

Baş səhifə

Bakı.Trend:

Yaponiyanın Baş naziri Sanae Takaçi Vaşinqtonda martın 19-da ABŞ
prezidenti Donald Trampla keçirilən danışıqlar zamanı ölkənin
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasında
iştirakına dair hər hansı konkret öhdəlik götürməyib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Nazirlər
Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat
konfransında bildirib.

O etiraf edib ki, Vaşinqtonda keçirilən görüşdə Tramp Tokionu
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə töhfə verməyə
çağırıb.




“Lakin Yaponiya bu məsələ ilə bağlı heç bir konkret öhdəlik
götürməyib, belə bir fakt olmayıb”, – baş katib vurğulayıb.

O qeyd edib ki, atəşkəsdən sonra ölkənin Hərbi Dəniz
Qüvvələrinin həmin bölgəyə göndərilməsi ilə bağlı da heç bir qərar
qəbul olunmayıb.

Bundan əvvəl Yaponiyanın Xarici işlər naziri Toşimicu Motegi
televiziya kanallarından birinə müsahibəsində ölkənin silahlı
qüvvələrinin Hörmüz boğazının minalardan təmizlənməsi üçün
göndərilə biləcəyi ssenarini istisna etməmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir