Azərbaycan pambıq ixrac və idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 41,1 milyon ABŞ
dolları dəyərində 27,6 min ton pambıq ixrac edilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 12,6 milyon ABŞ dolları və ya 44,5%, həcm baxımından isə
9,023 min ton və yaxud 48,5% çoxdur.

Pambıq ixracı ölkənin bu ilin yanvar-fevral aylarının ümumi
məhsul ixracında 1,12% paya malik olub.




Eyni zamanda 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana
1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 314 min ABŞ dolları və ya 19% çoxdur.

Hesabat dövründə pambıq idxalı ölkənin ümumi idxalının 0,08%-ni
təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir