Bakıda 17 dərəcə isti olacaq

Baş səhifə

Bakı.Trend:

Martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata
əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyədək isti, gündüz
12 dərəcədən 17 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 760 mm
civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 %
olacaq.




Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı
yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman.
Mülayim şərq küləyi əsəsək.

Havanın temperaturu gecə 8 dərəcədən 11 dərəcəyədək isti, gündüz
18 dərəcədən 23 dərəcəyədək isti, dağlarda gecə 0 dərəcədən 5
dərəcəyədək isti, gündüz 12 dərəcədən 17 dərəcəyədək isti
olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir