
Kiyev vilayətinin Buça şəhərində baş verən partlayışlar nəticəsində iki polis yaralanıb.
APA xəbər verir ki, bu barədə Kiyev vilayət dövlət administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram” kanalında bildirib.
Onun məlumatına görə, səhər tezdən çoxmənzilli yaşayış binasının yaxınlığında partlayış baş verib və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ora gələndən sonra isə ikinci partlayış baş verib.
“Partlayış nəticəsində binanın pəncərələri sınıb. Daha sonra yaxınlıqda naməlum qurğu partlayıb. Nəticədə iki polis yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, ilkin məlumata görə, onların vəziyyəti orta ağırdır, həyatları üçün təhlükə yoxdur”, – Kalaşnik bildirib.

