
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 13,5 milyon ABŞ
dolları dəyərində 20,3 min ton şəkər ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 10,4 milyon ABŞ dolları və ya 4,3 dəfə, həcm baxımından
isə 15,7 min ton və yaxud 4,4 dəfə çoxdur.
Şəkər ixracı ölkənin bu ilin yanvar-fevral aylarının ümumi
məhsul ixracında 0,37%, qeyri-neft sektoru üzrə ixracında isə 2,33%
paya malik olub.
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və
qənd istehsal edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 11,1 min ton və ya 33,5% çoxdur.
Bu ilin martın 1-I vəziyyətinə ölkədə sənaye müəssisələrinin
anbarlarında hazır 18,9 min ton şəkər ehtiyatı var.

