Parisə yeni mer seçildi

Baş səhifə

Solçu Sosialist Partiyasının namizədi Emmanuel Qrequar bələdiyyə seçkilərinin ikinci turundan sonra Paris meri seçilib.

Modern.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

48 yaşlı Qrequar səslərin 50,52%-ni toplayaraq Fransanın keçmiş mədəniyyət naziri Raşida Datini 9 faiz fərqlə üstələyib.

Paris meri vəzifəsinə üçüncü namizəd, solçu France Insoumise partiyasının nümayəndəsi Sofi Çikiru 7,96% səs toplayıb.

Qrequar hazırkı Paris meri Ann Hidalqonun müavini idi. Mərkəzçi Demokratik Hərəkat və prezident Emmanuel Makronun dəstəyindən yararlanan mərkəz-sağçı Respublikaçılar Partiyasının namizədi Dati seçkilərin ikinci turunun nəticələrinin elan edilməsindən sonra X sosial media səhifəsində səsvermənin nəticələrinin “gözləntiləri doğrultmadığını” yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir