Gürcüstandan Azərbaycana pul köçürmələri artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Gürcüstandan Azərbaycana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 43,6 milyon ABŞ dolları təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü
ildəki göstərici ilə müqayisədə 8,2 milyon ABŞ dolları və ya 23,4%
çoxdur.

Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul
köçürmələrində Gürcüstanın payı 3,7% təşkil edib.

Həmçinin 2025-ci ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin
pul köçürmələrinin həcmi 26,2 milyon ABŞ dolları olub ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 18,7 milyon ABŞ dolları və
ya 1,7 dəfə azalma deməkdir.




Hesabat dövründə Azərbaycandan xaricdən ümumi pul köçürmələrində
Gürcüstanın payı 5,2% təşkil edib.

2024-cü ildə Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul
köçürmələrinin həcmi 44,987 milyon ABŞ dolları, əks istiqamətdə isə
35,3 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki
şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 505,139
milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ildəki göstərici ilə
müqayisədə 21,6 milyon ABŞ dolları və ya 4,1% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana
fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,177 milyard ABŞ dolları
təşkil edib ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 94,1
milyon ABŞ dolları və ya 8,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir