
Ağcabədi. Trend:
Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi
ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü
Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobil 1996-cı
il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı
nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Ş. Ələsgərov aldığı ağır xəsarətlərdən hadisə
yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır
vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri
müəyyənləşdirilir.

