
Bakı. Trend:
Venesuelanın neft hasilatı bu ilin yanvar ayında ABŞ-ın hərbi
əməliyyatından bəri 20% artıb.
Trend xəbər verir
ki, bunu ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.
Onun sözlərinə görə, Amerikanın müdaxiləsindən əvvəl Venesuela
gündə təxminən 1 milyon barel neft istehsal edirdi, hazırda isə bu
göstərici gündə 1,2 milyon barelə yaxınlaşır. Beləliklə, cəmi üç ay
ərzində neft hasilatında 20% artım qeydə alınıb.

