
Bakı. Trend:
Almaniyanın dron istehsalçısı “Quantum-Systems” şirkəti Ukrayna
Milli Qvardiyasına 15 min ədəd dron tədarük etmək üçün sifariş
alıb.
Trend xəbər verir
ki, bu barədə şirkətin yaydığı mətbuat açıqlamasında
bildirilib.
Məlumata əsasən, müqavilə “Quantum-Systems”in Ukraynanın “WIY
Drones” şirkətinə etdiyi investisiyanın nəticəsi olaraq imzalanıb.
Alman şirkəti təcili əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə
əsasən Ukraynada “STRILA” tipli dronların istehsalını
genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, “Quantum-Systems” 2015-ci ildə təsis olunub və baş
ofisi Münhen şəhərində yerləşir. Şirkət hərbi və mülki məqsədlər
üçün kəşfiyyat və müşahidə dronlarının istehsalı üzrə
ixtisaslaşıb.

