
Bakı. Trend:
Yaxın Şərqdə artan gərginlik və tədarükdə yaranan çətinliklər
fonunda Banqladeş il ərzində yanacaq idxalını 25 faiz artırmağı
planlaşdırır.
Trend xəbər verir
ki, bu barədə ölkənin energetika və mineral resurslar naziri İqbal
Həsən Mahmud jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, ehtiyat tədbiri kimi hökumət idxalın
artırılması barədə qərar qəbul edib. O əlavə edib ki, hazırda
ölkədə birbaşa enerji böhranı yoxdur və yanacağın paylanması
subsidiyalar vasitəsilə nəzarətdə saxlanılır.
İqbal Həsən Mahmudun sözlərinə görə, yanacaq əsasən spot
bazardan alınır və istehlakçılara alış qiymətindən aşağı
qiymətlərlə təqdim olunur.
Nazir vurğulayıb ki, münaqişənin nə qədər davam edəcəyi
qeyri-müəyyəndir və bu səbəbdən hökumət əhalinin alıcılıq
qabiliyyətini nəzərə alaraq subsidiyaları mümkün qədər uzun müddət
davam etdirməyi planlaşdırır.
Onun sözlərinə görə, Hörmüz boğazından gəmilərin maneəsiz keçə
bilməməsi müntəzəm təchizatda fasilələrə səbəb olur.

