“Barselona” Andrea Kambiasonu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Barselona” klubu “Yuventus”un müdafiəçisi Andrea Kambiaso ilə
maraqlanır.

Trend xəbər verir
ki, katalonlar hər iki cinahda çıxış edə bilən universal müdafiəçi
axtarır və 26 yaşlı italiyalı futbolçu bu tələblərə uyğun namizəd
hesab olunur.

Kambiasonun Turin klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər
qüvvədədir. Luçiano Spallettinin rəhbərliyi altında o, komandanın
əsas oyunçularından birinə çevrilib.




Məlumata görə, “Barselona” son aylarda futbolçunun çıxışını
yaxından izləyir. “Yuventus” isə oyunçunu 50 milyon avrodan yüksək
qiymətləndirir və daha aşağı məbləğdə təklifləri qəbul etməyi
planlaşdırmır.

Qeyd edək ki, Andrea Kambiaso bu mövsüm Serie A-da keçirdiyi 28
oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir