Ölkə ərazisində aşkarlanan silah-sursatın sayı məlum olub

Baş səhifə

Bakı. Trend:

Martın 23-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 20 tüfəng, 4 patron darağı
və 119 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Həmçinin, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
ilə martın 23-də ümumi çəkisi 8,6 kiloqrama yaxın narkotik vasitə
və 1000 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir