Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Baş səhifə

Qəbələdə piyadanı avtomobil vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyevin idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Samaya Hüseynova vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir