BDYPİ-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı
hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-1000 metrədək
məhdudlaşacağı gözlənilir.

Trend xəbər verir ki, bu
barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında
deyilir.




“Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini
əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi
yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari
toqquşmalara zəmin yaradır”, -qurumdan əlavə olunub..

Qeyd edilir ki, Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram
tətili günlərində bölgələrə, istirahət və turizm məkanlarına üz
tutan əhali sayının artmasını nəzərə alaraq, səfərə çıxan
sürücülərdən dumanlı, çiskin havalarda sürət həddini minimuma
endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq
cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma,
durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi
xahiş edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir