
Bakı. Trend:
2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa
investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollar
və ya 82,2 dəfə çoxdur.
Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi
həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil
edib.
2024-cü il ərzində Azərbaycandan Omana birbaşa investisiyaların
ümumi həcmi 171 min ABŞ dollarına bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa
xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu
isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və
ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici
ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

