Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qoruq ərazisində
qaya daşlarının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə bağlı
daxil olmuş məlumat əsasında araşdırmalara başlanılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları
tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin
aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla qanunsuz
işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil
olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il
təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə
həyata keçirildiyi müəyyən edilib.




Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb,
Ə.Cəfərov məsuliyyətə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir