
Bakı. Trend:
Hizbullah təhlükəsiz aradan qalxana qədər İsrail Livanın
cənubunda təhlükəsiz zonanı nəzarətdə saxlayacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz
bildirib.
“İsrail Müdafiə Qüvvələri (IDF) Livanda Hizbullaha qarşı tam
gücü ilə fəaliyyətini davam etdirəcək. Şimalda yaşayan sakinlərin
təhlükəsizliyi təmin olunmayana qədər Livanın cənubundan şimala köç
etmiş yüz minlərlə sakin, Litani çayının cənubuna qayıtmayacaq”, –
Katz IDF Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər
yüksək rütbəli zabitlərlə keçirdiyi görüşdə bildirib.
İsrailli MN rəhbəri bildirib ki, Hizbullahın döyüşçülərini və
silahlarını Livanın cənubuna daşımaq üçün istifadə etdiyi Litani
çayı üzərindəki bütün körpülər partladılıb və IDF qalan körpülərə
və Litaniyə qədər olan təhlükəsizlik zonasına nəzarət edəcək.

